Qazax icra hakimiyyətindən biabırçı addım

Qazax icra hakimiyyətindən biabırçı addım
Ümumiyyətlə, rayonda rəhbər vəzifələrdə işləyənlərin 90 faizi tutduğu sahədən yaxşı gəlir əldə etməklərinə baxmayaraq, hər şeydən pul qazanmağa alışıblar. Elə bir gəlir yeri yoxdur ki, məmurlar ora barmaq uzatmamış olsunlar. Belə halda çoxlarının nəyisə düşünməyə mənəvi haqqı yoxdur. Axı, məmurların varidat əldə etmələri üçün min bir oyundan çıxmaları göz qabağındadır. Sadəcə alimə də, çobana da sağlam düşüncə tərzi lazımdır.
Xeberdar.net DİA.AZ-a istinadən xəbər verir ki,, təxminən 5-6 il olar ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Qazaxın erməni əsarəti altında olan və sərhəd kənd əhalisinin xeyir-şər işlərinin təşkilinə kömək məqsədilə içərisi hər bir inventarla (qaşıq, çəngəl, bıçaq, hər nöb boşqab, stol, stul, dəsmal kilim, gəvə, “ventilyator” və s.) təmin olunmuş 7 dəst mağar hədiyyə edilimişdir. Mağarlar yalnız həmin kəndlərin əhalisi üçün nəzərdə tutulub. Sən demə, kəndlərin icar nümayəndələri də gələcəkdə mağara gəlir mənbəyi kimi baxasıymışlar. Nəticədə, mağarın üstündəki Qızıl Aypara Cəmiyyətinə məxsus gerb bilinməsin deyə, kəsilib götürülmüş, “işbazlar” tərəfindən havalandırma pəncərəsi ilə əvəz olunmuşdur. Yas yerlərinin və toy mərasimlərinin bol olduğu yay fəslində icra nümayəndələri mağarları aidiyyəti olmayan vətəndaşlara 200-250 manatdan kirayə verməklə yaxşıca gəlir əldə edirlər.

Məsələ ilə əlaqədar Azərbaycan Qızıl Aypatra Cəmiyyətinin Qazax Rayon Bölməsinin sədri Qurban Qurbanlı ilə telefon əlaqəsi yaratdıq. Sədr bu işdən xəbərsiz olduğunu desə də inandırıcı olmadı. Çünki, adının çəkilməsini istəməyən bir nəfərinsöylədiyinə görə, elə sədr də icra nümayəndələrinin əldə etdikləri gəlirə tən yarıdır. Elə olmasaydı, bu işə birbaşa nəzarət edən Qurban Qurbanı,bu yaxınlarda qonşularında keçirilən toy mərasiminə gətirilən mağarın Qızıl Ayparaya məxsus gerbin yoxluğuna və eyni zamanda qonşusunun qaçqın-köçkün olmadığı halda, mağardan nə üçün istifadə edilməsinə diqqət yetirib tədbir görərdi...

Qazax icra hakimiyyətindən biabırçı addım

  • 17-08-2015, 10:29
  • 770


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI