Xocalıda erməni təxribatının qarşısı alınıb

189 15-09-2023, 12:40 cemiyyet

Xocalıda erməni təxribatının qarşısı alınıbBölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Xeberdar.net-in məlumatına görə,bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

XƏBƏR LENTİ