Çinlə müharibədən qaçmalıyıq - ABŞ generalı

23 18-09-2023, 10:14 dunya

Çinlə müharibədən qaçmalıyıq - ABŞ generalıBirləşmiş Ştatlar Çinlə müharibədən qaçmaq üçün mümkün olan hər şeyi etməlidir.

Xeberdar.net
-in məlumatına görə, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

“Biz Çinlə açıq silahlı münaqişədən qaçmaq üçün mümkün olan hər şeyi etməliyik”, - o bildirib.

Milli Birləşmiş Ştatların artıq iki böyük qlobal savaşda iştirak etdiyini xatırladıb.

General Birinci və İkinci Dünya Müharibələrini nəzərdə tutduğunu və ÇXR ilə belə bir münaqişənin baş verməməsinin zəruriliyini qeyd edib.