Bakıda itkin düşmüş şəxslərlə bağlı konfrans başladı

27 18-09-2023, 11:13 cemiyyet

Bakıda itkin düşmüş şəxslərlə bağlı konfrans başladıBakıda “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

Xeberdar.net-n məlumatına görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təmsilçiləri, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.