Qarabağdan çıxış üçün 4 min istəyirlər – Erməni bloger

27 18-09-2023, 12:42 cemiyyet

Qarabağdan çıxış üçün 4 min istəyirlər – Erməni blogerXankəndidəki separatçı qurum Qarabağ ermənilərinin Ermənistana getməsinə mane olur. Onlar Ermənistana gediş-gəliş üçün adambaşına 4 min dollar tələb edirlər.

Xeberdar.net məlumat verir ki,bu haqda erməni bloger Natali Aleksanyan öz Feysbuk səhifəsində yazıb.

“Əgər bundan əvvəl bizə Azərbaycanın insanların çıxışına mane olduğu deyirdilərsə, indi çıxılmaz vəziyyətə düşən insanlardan külli miqdarda pul qoparmaq üçün çıxışı Qarabağdakı “hakimiyyət”in bağladığı üzə çıxıb. Bu ağır günlərdə də cinayətkarlar milyonlar qazanmaq fürsətini əldən vermirlər. Mən bu qeyri-qanuni vəziyyətdən getdikcə daha çox məyus oluram”, - bloger qeyd edib.