Qaraciyəri xəstə olanın üzündəki dəyişikliklər

21 19-09-2023, 02:41 cemiyyet

Qaraciyəri xəstə olanın üzündəki dəyişikliklərQaraciyərdə piylənmə 3-4-cü mərhələyə keçərsə, orqanda çapıqlar meydana gəlir və sonradan sirroza doğru gedir. Çox xəstələr xəstəliyindən çox gec xəbər tutur.

Xeberdar.net-in Medicina.az-a istinadən məlumatına görə, hepatoloq həkim Alla Yujnova xəstə qaraciyərin insanın üzündə, xarici görünüşündə təzahürlərini açıqlayıb.

Üzünüzdə bunlara diqqət edin:

- saralmış göz dibi;

- sarımtıl dəri və ovuclar;

- dərinin qırmızılaşması;

- üzdə damar genişlənməsi - rozasea;

- üzdə sanki mum effekti;

- venalardan sap kimi çıxıntılar - ayaqlarda, pəncədə.

Bu simptomlar onu göstərir ki, qaraciyər yüklənib və orqanizmi, qanı toksinlərdən təmizləməyə çalışır, artıq dəri prosesə qoşulub.

Qaraciyər piylənməsinə səbəb olan qidalar isə bunlardır: fəst fud, mayonez, ketçup, yağlı qidalar, hazır qidalar, normadan artıq yemək".