“Rusiya müdafiə sənayesi xüsusi əməliyyatın ehtiyaclarını təmin etmək üçün hasilatı artırır”
“Rusiya hərbi-sənaye kompleksi xüsusi əməliyyatın ehtiyaclarını ödəmək üçün hasilatı fəal şəkildə artırır”. Xeberdar.net-in məlumatına görə,bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı işğal müharibəsindən danışarkən deyib.
Putinin sözlərinə görə, müdafiə sənayesi müasir və bir çox cəhətdən unikal silah və texnika yaradır: “Xüsusi hərbi əməliyyatda iştirak edən birlik və birləşmələrə mümkün olan ən yaxşı dəstəyi təmin etmək üçün istehsal həcmini fəal şəkildə artırırıq".