Türkiyə Niderlanda çağırış etdi

48 24-09-2023, 09:58 dunya

Türkiyə Niderlanda çağırış etdiTürkiyə Niderlandın Haaqa şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv bəzi ölkələrin səfirlikləri, o cümlədən Türkiyə diplomatik missiyası qarşısında Qurani-Kərimə qarşı həyata keçirilən iyrənc hücumları qətiyyətlə pisləyir.

Xeberdar.net-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin dini nifrət və beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyi bu cür təxribatlara qarşı ölkələri təsirli tədbirlər görməyə çağırıb:

“Bu hücumlara qarşı birlikdə hərəkətə keçdiyimiz Niderland səlahiyyətlilərini hadisəni törədən şəxsə qarşı lazımi tədbirlər görməyə və oxşar hadisələrin təkrarlanmaması üçün tədbir görməyə çağırırıq”.

XƏBƏR LENTİ