585-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

211 1-10-2023, 18:51 dunya

585-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladıRusiya müharibənin 585-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Xeberdar.net-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 483 təyyarəsi, 250 helikopteri, 7314 PUA-sı, 439 zenit-raket kompleksi, 12 247 tank və digər zirehli texnikası, 1159 reaktiv yaylım atəş sistemi, 6611 artilleriya və minaatanı, 13 656 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

XƏBƏR LENTİ