Kiyev növbəti maliyyə ilində ABŞ büdcəsinə Ukraynaya yardımın daxil edilməsini təmin etmək üçün Amerika hakimiyyət orqanları ilə fəal işləyir.
Xeberdar.net-in məlumatına görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko deyib.
"Kiyev ABŞ-ın yeni büdcə qərarına Ukraynaya yardımla bağlı vəsaitlərin daxil olmasını təmin etmək üçün amerikalı tərəfdaşları ilə fəal işləyir", - o bildirib.