Cəlilabad rayonunda bazarda ölüm hadisəsi baş verib.
Xeberdar.net-in məlumatına görə,hadisə Cəlilabad şəhərindəki Mərkəzi bazarda qeydə alınıb.
Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Tomarxan Əhədov ərzaq alan zaman halı qəfil pisləşib. Daha sonra dünyasını dəyişdiyi məlum olub.
Ölümün səbəbini müəyyən etmək üçün mərhumun meyiti rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.