Müdafiə naziri işdən qovuldu - Ölümlə nəticələnən yol qəzasına görə

121 12-11-2023, 13:10 dunya

Müdafiə naziri işdən qovuldu - Ölümlə nəticələnən yol qəzasına görəXorvatiyanın müdafiə naziri Mario Banoziç şənbə günü bir nəfərin ölümü, digərinin isə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə vəzifəsindən azad edilib.

"AzPolitika.info" bu barədə «Associated Press» agentliyinə istinadla xəbər verir.

Məlumata görə, müdafiə naziri Mario Banoziç pis hava şəraitində yük avtomobilini ötərkən qarşı tərəfdən gələn mikroavtobusa çırpılıb. Mikroavtobusun sürücüsü dünyasını dəyişib, Banoziç isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Baş nazir Andrey Plenkoviç Banosiçi vəzifəsindən hadisə barədə məlumatların dərcindən dərhal sonra vəzifədən azad edib, onun yerinə Zdravko Yakop təyin edilib.

XƏBƏR LENTİ