ABŞ husilərə qarşı yeni tədbirlərə hazırlaşır

143 11-12-2023, 09:15 dunya

ABŞ husilərə qarşı yeni tədbirlərə hazırlaşırABŞ dövlət katibi Antoni Blinken Birləşmiş Ştatların gəmilərini və şəxsi heyətini “Ənsar Allah” hərəkatının husi üsyançılarının hücumlarından qorumaq üçün bütün lazımi tədbirləri görməyə hazır olduğunu bildirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Onun sözlərinə görə, gəmiçiliyin qorunmasına kömək etmək üçün onu gücləndirməyə çalışan qrup yaradılıb. Amerika tərəfi husiləri və onların hərəkətlərini maliyyələşdirməyə çalışanlara qarşı da sanksiya tədbirləri görüb.

Blinken vurğulayıb ki, Vaşinqton Amerika personalını, insanları və gəmiçiliyi qorumaq üçün istənilən digər zəruri tədbirləri müzakirə edəcək.

Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner bildirib ki, Birləşmiş Ştatlar hökuməti Yəməndə fəaliyyət göstərən husi üsyançılarına zərbələr endirmək imkanını istisna etmir.

XƏBƏR LENTİ