Mikroavtobus piyadanı vuraraq öldürdü

94 7-01-2024, 10:03 cemiyyet / hadise

Mikroavtobus piyadanı vuraraq öldürdüBalakəndə mikroavtobus piyadanı vuraraq öldürüb.

Bu barədə Xeberdar.net-ə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanvarın 6-sı rayonun Püştətala kəndində Ülvi İsmayılov idarə etdiyi “Mersedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Abdulla Kənan oğlu Alqayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

XƏBƏR LENTİ