Ukraynada Rusiya səfirliyinə hücum edildi

Nadejda Savçenkonun azad edilməsini tələb edən etirazçılar səfirliyi yumurta atəşinə tutublar.
Ukraynada Rusiya səfirliyinə hücum edildi
Ukraynada yüzlərlə sakin və ictimai fəal Rusiyanın Kiyevdəki səfirliyi qarşına yürüş edərək, pilot Nadejda Savçenkonun azad edilməsini tələb edib. ANS PRESS-in məlumat6ına görə, xanım pilotun Ukraynaya təhvil verilməsini istəyən etirazçılar “Rusiyaya ar olsun”, “ Savçenkoya Azadlıq “ şüarları səsləndirib.

Daha sonra etirazçılar Rusiya bayrağını yandırıb, boynundan “Qatil” yazılı lövhə asılmış Rusiya lideri Vladimir Putinin müqəvvasını yandırıb. Bəzi fəallar səfirlik binasının giriş qapılarını yumurta atəşinə tutub
Ukraynada Rusiya səfirliyinə hücum edildi
Etirazçılardan biri isə diplomatik nümayəndəliyin həyətinə daxil olaraq daşla səfirliyin pəncərə şüşəsini qırıb. Aksiyadan sonra etirazçılar Azadlıq meydanına yürüş edərək, nümayişi orada davam etdirib.

Savçenko 2014-cü ilin iyun ayında Donbas regionunda rusiyayönümlü üsyançılara qarşı döyüşən zaman əsir düşüb və Rusiyaya təhvil verilib. 2 rusiyalı jurnalistin qətlində əli olmaqda təqsirləndirilən Nadejdanın hazırda Rusiyada məhkəmə prosesi davam edir.
Ukraynada Rusiya səfirliyinə hücum edildi
Rusiya prokurorluğuna görə Savçenkonun ukraynalı artileriyaçılara dəqiq kordinatları ötürməsi nəticəsində 2 jurnalist və bir neçə dinc sakin həlak olub. Hakim məhkəmə araşdırmasını daha 1 həftə müddətinə uzatdığından, Savçenko vəd etdiyi kimi aclıq aksiyasına başlayıb. Dövlət ittihamçısı ona 23 il həbs cəzası istəyir. Savçenko heç bir günahının olmadığını və sadəcə vətənpərvər olaraq Ukraynanı təcavüzkarlardan qoruduğunu bildirir.

Xeberdar.net

Ukraynada Rusiya səfirliyinə hücum edildi

  • 7-03-2016, 09:38
  • 507


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  4. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  5. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  6. TOFİQ YAQUBLU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ - Siyasi partiyalar tərəfindən
  7. 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə
  8. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  9. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  10. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI