İran İsrailə görə 4 məhbusu edam etdi

95 29-01-2024, 11:30 dunya

İran İsrailə görə 4 məhbusu edam etdiBu gün səhər saatlarında Kərəcin Qızılhisar həbsxanasında İsrail ilə əməkdaşlıqda günahlandırılan 4 məhkum edam edilib.

Xeberdar.net-in məlumatına görə, bu barədə İran məhkəməsinə bağlı “Mizan” saytı məlumat yayıb.

Pejman Fatehi, Möhsün Məzlum, Məhəmməd Fəramərzi və Vəfa Azərbar adlı şəxslərin kürdlərin “Komele” adlı silahlı təşkilatının üzvləri olduğu bildirilib.

“Onlar MOSSAD-ın təlimatı və tapşırığı ilə İsfahanda Müdafiə Nazirliyinə bağlı zavoda bomba qoymağı planlaşdırıblar. Bunu icra etməzdən bir neçə gün əvvəl təhlükəsizlik məmurları tərəfindən saxlanılıblar”, - rəsmi məlumatda iddia edilib.

Qeyd edək ki, edam edilən məhkumlar 2022-ci ilin avqust ayında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhəri yaxınlığında həbs ediliblər.

XƏBƏR LENTİ