ABŞ-yə daxil olmağa cəhd edən miqrantların sayı açıqlandı - 2900-ü Özbəkistan vətəndaşıdır

159 29-05-2024, 13:13 dunya

Ötən il oktyabrın 1-dən 2024-cü il mayın 28-nə kimi 57 min 200 qanunsuz miqrant ABŞ cənub sərhədini keçərək Kaliforniya ştatına çatmağa cəhd edib. Onlardan 2900-ü Özbəkistan vətəndaşıdır.
Xeberdar.net-in məlumatına görə,bu barədə ABŞ Sərhəd-Gömrük Xidmətinə istinadən "Fox News" xəbər verir. Xidmətin məlumatına görə, saxlananların 27.5 mini Çindən, 8.9 mini Hindistandan, 7.8 mini Türkiyədən, 4.4 mindən çoxu Mavritaniyadan, 3 minə yaxını Vyetnamdan, 5.6 mini isə Qvineyadandır. Bəzi miqrantlar "Fox News"a ABŞ-də daha yaxşı həyat axtardıqlarını söyləyiblər.

"İngilis dilim çox yaxşı deyil və ABŞ-də heç kimi tanımıram. Bilirəm ki, ABŞ-yə gəldikdən sonra hər şeyi yenidən başlamalı olacağam. Ancaq gələcəkdə yaxşı bir həyat və övladlarımın yaxşı təhsil almasını arzulayıram. Mən mümkün qədər tez ABŞ-də məskunlaşmaq istəyirəm", - qeyri-qanuni miqrantlardan biri deyib.

2023-cü ildə ABŞ-nin cənub-qərb sərhədinə 2.5 milyondan çox miqrant gəlib. Onların əksəriyyəti ölkəyə daxil olmağı bacarıb.

Ötən il Asiya ölkələrindən gələn miqrantların sayı xeyli artıb – regiondan 50 mindən çox insan ABŞ-yə qeyri-qanuni yollarla daxil olub. Onların arasında 17 min Özbəkistan, 7 min Qırğızıstan, 3 min Tacikistan, 2 min 700 nəfər Qazaxıstan, 2 min Türkmənistan vətəndaşı var.

ABŞ-ın statistikasına görə, bu il qeyri-leqal miqrantların, o cümlədən orta asiyalıların kütləvi axını azalmır. 2021-ci ilin oktyabrından 2023-cü ilin oktyabrınadək ABŞ sərhədini qanunsuz keçən 13 mindən çox özbəkistanlı saxlanıb. 2023-cü ilin dekabrında ABŞ-yə qanunsuz gedən 119 Özbəkistan vətəndaşı vətəninə ekstradisiya edilib.

Xeberdar.net

XƏBƏR LENTİ