Hindistan dərman istehsalı üçün Kubaya humanitar yardım göndərir

179 2-06-2024, 17:51 dunya

Hindistan dərman istehsalı üçün Kubaya humanitar yardım göndərirHindistan dərman istehsalı üçün Kubaya 90 ton humanitar yardım göndərib.

Xeberdar.net-in məlumatına görə, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu maddələr kubalı dərman istehsalçıları tərəfindən yoluxucu xəstəliklərin müalicəsi üçün zəruri olan tabletlər, kapsullar, şərbətlər və inyeksiya şəklində zəruri antibiotiklər istehsal etmək üçün istifadə ediləcək.

"Bu yardım Hindistanın "dünyanın əczaxanası" statusunu təsdiqləyir və Kuba ilə tarixi dostluğa sadiqliyimizi nümayiş etidiri", - məlumatda deyilir.

XƏBƏR LENTİ