AĞSTAFANIN ICRA BAŞÇISI OTAĞINI BOŞALTMAĞA BAŞLAYIB

AĞSTAFANIN ICRA BAŞÇISI OTAĞINI BOŞALTMAĞA BAŞLAYIB


Məhərrəm Quliyevin bu həftə içində sərəncamı veriləcək Ağstafanın icra başçısı Məhərrəm Quliyev dünəndən etibarən iş otağını boşaltmağa başlayıb.
Politika.Az-a verilən məlumata görə, icra başçısının belə bir addım atmasına səbəb onunla Prezident Admnistrasiyasında edilən son söhbət olub. Mənbənin bildirdiyinə görə, Quliyev həmin görüşdə bərk danlanıldıqdan sonra işdən azad ediləcəyi xəbərdarlığını alıb. Ona tapşırılıb ki, əşyalarını götürüb, rayonu tərk etsin. Çünki dövlət başçısının etimadını itirib. Məlumatda deyilir ki, Məhərrəm Quliyev yeni həftənin ortalarına kimi işdən azad ediləcək. Ona yeni vəzifənin veriləcəyi isə mümkünsüz görünür. Elə Ağstafa İcra Hakimiyyətindəki mənbə də təsdiqləyib ki, otağını boşaldan icra başçısına yeni vəzifənin veriləcəyi gözlənilmir. Halbuki ilkin mərhələdə onu başqa bir rayona icra başçısı olaraq göndəriləcəyi gözlənilirdi. Lakin buraxdığı ciddi səhvlər, rayonda görülən işlərin bərbad vəziyyətdə olması işləri korlayıb. Sonda isə rayon camaatının onunla bağlı göndərdiyi şikayətlərin çoxalması da yuxarı dairələri qəzəbləndirib və karyerasının üzərindən xətt çəkiblər.
Xeberdar.net

AĞSTAFANIN ICRA BAŞÇISI OTAĞINI BOŞALTMAĞA BAŞLAYIB

  • 9-03-2016, 14:47
  • 505


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Tanınmış polis rəisinin gənc oğlu vəfat etdi
  4. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  5. Yeni başçı Vilyam Hacıyevin rəqsə meyilli kadrı ilə işləyə biləcəkmi? - VİDEO
  6. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  7. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  8. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  9. Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi–”Qozbeli qəbir düzəldər”–Araşdırma
  10. Sabah güclü külək əsəcək
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI