"Həbsdəki jurnalistlər azadlığa çıxacaq”

"Həbsdəki jurnalistlər azadlığa çıxacaq”
Martın 10-da Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Komissiyaya daxil olan 400 müraciətə baxıldıqdan sonra tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq ölkə başçısına təqdim olunub. Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən imzalanması gözlənilən sərəncamla azadlığa çıxacaq məhkumların arasında jurnalistlərin də olacağı ehtimalı var.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı Modern.az saytına Novruz bayramı ərəfəsində imzalanması gözlənilən əfv sərəncamından danışıb. Hüquq müdafiəçisi bildirib ki, ötən ilin dekabr sərəncamından fərqli olaraq, budəfəki əfv sərəncamı ilə onların təqdim etdikləri siyahıya daxil olanların azadlığa çıxacaqlarına çox böyük ümidləri var:

"Əfv sərəncamının imzalanması birmənalı olaraq Prezidentin səlahiyyətində olan məsələdir. Əfv Məsələləri üzrə Dövlət Komissiyası kifayət qədər iş görüb, siyahı da ölkə başçısına təqdim edib. Mən çox güman edirəm ki, hüquq müdafiəçiləri, İşçi Qrupu tərəfindən baxılan, məsləhət görülən adlar da Prezidentə təqdim edilən siyahıda olacaq. Ümidliyəm, həm də çox ümidliyəm ki, bu, olacaq”.

O, bayram ərəfəsində bir çox məhkum jurnalistin azadlığa çıxacağını da qeyd edib:

"Bu, hələ ötən ilin dekabr ayında baş verməli idi, amma müəyyən səbəblər üzündən bu məsələyə sədd qoyuldu. Amma indi hesab edirəm ki, artıq, bu, olacaq.

Bizim siyahıda əfv ərizəsi yazanlar, digər tərəfdən bizim özümüzün bildiyimiz, tanıdığımız, sənədləri bizə təqdim olunan xəstələrin adları qeyd edilib. Onların arasında elə şəxslər var ki, cəzalarının böyük hissəsini çəkiblər.

Hər halda mən elə bilirəm ki, əfv sərəncamı humanist addım olduğuna görə, cənab Prezident öz əlavələrini də edə bilər. Bu, artıq onun səlahiyyətində olan məsələdir”.

Digər hüquq müdafiəçisi Səadət Bənanyarlı da saytımıza Novruz bayramı ərəfəsində əfv sərəncamının veriləcəyinə ümidli olduğunu vurğulayıb:

"İnanırıq ki, bu dəfə Prezidentdən azadlığa çıxmasını xahiş etdiyimiz insanlar, jurnalistlərin adı da əfv edilənlərin siyahısında olacaq. Konkret ad çəkmək istəmirəm. Çünki, həmin şəxslərin adı siyahıda olmayanda ailələr məyus olur”.

Xeberdar.net

"Həbsdəki jurnalistlər azadlığa çıxacaq”

  • 10-03-2016, 11:30
  • 602


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mühafizə Xidmətindən şikayət var: İşçinin maaşı verilmir
  2. Ümid Partiyasının Fransa Senatına etirazı
  3. Mərkəzi Banka yeni səlahiyyət verilib
  4. BH Başqanı Hürrü Əliyev: "Bizim üsyanımız işğalçı rus ordusunun ölkəmizdə olmasınadır."
  5. Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...
  6. Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
  7. Hövsanda avtobus müsibəti: “Transgeyt” Eldar Əzizovu da eşitmir – Foto
  8. Xaçmaz rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub
  9. Polis Akademiyasına rəis təyin olunub –Sərəncam
  10. Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI