Paytaxtda ər arvadına 15 bıçaq zərbəsi vurub

Paytaxtda ər arvadına 15 bıçaq zərbəsi vurub

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, Şıxlinski küçəsindəki binalardan 29 /41 D ünvanında yaşayan 29 yaşlı Əfsanə Əlmirzə qızı Rəsulova ilə həyat yoldaşı arasında mübahisə düşüb.

Mübahisəyə Əfsanə Rəsulovanın həyat yoldaşından ayrılmaq istəməsi olub. Boşanmaq istəməyən ər həyat yoldaşını və onları sakitləşdirməyə çalışan rəfiqəsini bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan Əfsanə Rəsulova xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, qadında 15 bıçaq xəsarəti müəyyən olunub.

Əfsanə Rəsulovanın rəfiqəsi əlindən yüngül xəsarət aldığından, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Faktla əlaqədar cinayət işi başlanılıb. Polis əməkdaşları arvadını bıçaqlayan əri axtarır.
Xeberdar.net

Paytaxtda ər arvadına 15 bıçaq zərbəsi vurub

  • 15-03-2016, 07:38
  • 427


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI