Azərbaycanda regional elektrik şəbəkələri ləğv edildi

Azərbaycanda regional elektrik şəbəkələri ləğv edildi
Baş nazir Artur Rasizadə “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişikliklər edib.

Bu barədə Nazirlər Kabinetindən Oxu.Az-a bildirilib.

Dəyişikliyə əsasən, “Abşeron Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) - Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsi yaradılıb.

Bundan başqa, “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC əvəzində Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) - Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri, “Şirvan Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri yaradılıb.

Dəyişiklik bununla da bitməyib:

Belə ki, “Gəncə Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Gəncə) - Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax və Ağstafa rayon elektrik şəbəkələri, Mingəçevir Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) - Mingəçevir, Goranboy, Naftalan, Tərtər, Bərdə, Yevlax, Ağdaş, Ucar, Göyçay və Ağsu rayon elektrik şəbəkələri, “İmişli Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri, Şəki Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Qəbələ) - Qəbələ, Şamaxı, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon elektrik şəbəkələri yaradılıb.

Eyni zamanda “Sumqayıt Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Xaçmaz Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.
Xeberdar.net

Azərbaycanda regional elektrik şəbəkələri ləğv edildi

  • 15-03-2016, 09:56
  • 608


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  7. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  8. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI