Almaniyada 7 yaşlı azərbaycanlı qıza görə nümayiş: Merkelə müraciət olundu - FOTOLAR

Almaniyada 7 yaşlı azərbaycanlı qıza görə nümayiş: Merkelə müraciət olundu - FOTOLAR
Almaniyanın Neuköllner Sonnen-Grundschule əyalətində ibtidai orta məktəbin 300-ə yaxın şagirdi 7 yaşlı azərbaycanlı qıza görə nümayiş keçirib.

Virtualaz.org Almaniya mediasına istinadən xəbər verir ki, nümayişə səbəb 7 yaşlı Aylanın ailəsinin 16 il sonra Almaniyadan deportasiya edilməsi barədə çıxarılmış qərardır.

Məktəbin yüzlərlə şagirdi əllərində “Aylanın ailəsi qalmalıdır” məzmunlu şüarlar yazılmış plakatlar tutaraq azərbaycanlı qızın müdafiəsinə qalxıblar. Almaniyanın Miqrasiya Xidmətinin qərarına görə Aylanın ailəsi martın 24-də ölkədən deportasiya edilməlidir.

“Mən istəmirəm ki, qızım vətənimdəki problemləri öyrənsin. Mənim Azərbaycanda heç nəyim yoxdur”-qızın 38 yaşlı anası Aynura göz yaşları içərisində bildirib.
Almaniyada 7 yaşlı azərbaycanlı qıza görə nümayiş: Merkelə müraciət olundu - FOTOLAR
Bildirilir ki, 16 il əvvəl Aylanın atası “Dağlıq Qarabağ münaqişəsinə görə” Azərbaycandan Almaniyaya mühacirət edib. O, Almaniyada üç uşaq atası olub. Lakin ailəyə status verilmədiyi üçün uşaqların heç birinin doğum haqda şəhadətnaməsi yoxdur. Ayla Nyukeln əyalətində ibtidai məktəbə gedir və bacarıqlı şagird kimi tanınır, alman dilində sərbəst danışır.

Qızın taleyi oxuduğu məktəb üçün siyasi məsələyə çevrilib. Məktəbin direktoru onun məsələsi ilə bağlı kansler Angela Merkelə, Berlin Senatına müraciət edib və ailəyə kömək göstərilməsini xahiş edib. Məktəbin divarına Aylanın ailəsinin deportasiyasına imkan verməməyə çağıran vərəqələr yapışdırılıb.
Almaniyada 7 yaşlı azərbaycanlı qıza görə nümayiş: Merkelə müraciət olundu - FOTOLAR
“Bu hal göstərir ki, Almaniyada miqrantlarla bağlı siyasət işləmir. İndiki halda Senatın təcili köməyə ehtiyacı var”-Yaşıllar partiyasından olan 31 yaşlı siyasətçi, Aylanın hüquqları uğrunda öz partiyası ilə birlikdə mübarizə aparan Georg Kessler deyib.
Xeberdar.net

Almaniyada 7 yaşlı azərbaycanlı qıza görə nümayiş: Merkelə müraciət olundu - FOTOLAR

  • 15-03-2016, 15:16
  • 429


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI