15 yaşlı azərbaycanlının inanılmaz ixtirası

15 yaşlı azərbaycanlının inanılmaz ixtirası


Azərbaycanlı 15 yaşlı gənc İsmayıl Şirzadov maraqlı və qeyri-adi ixtiraya imza atıb.

Xeberdar.net anspress-ə istinadən xəbər verir ki, gənc oğlan səsli əmrlərlə komputer sisteminin idarə olunmasını təmin edən proqram kəşf edib. İsmayılın sözlərinə görə, o, komputerə toxunmadan səslə istədiyi axtarış proqramlarına daxil ola bilir.

Videodan da göründüyü kimi, proqram açıldığı zaman istifadəçinin qarşısında onun yaradıcısı haqqında qısa məlumat verən kiçik bir pəncərə açılır. Ardınca "Proqrama keçid" bölməsinə daxil olan kimi burada sadə dizaynda olan pəncərədən istifadəçi proqramın arxa və ya ön planda işə düşməsini seçir.

Proqram dərhal işə düşür. Hər dəfə yeni pəncərə açılarkən proqram Azərbaycan dilində salamlayır. Maraqlısı odur ki, proqram arada istifadəçinin hal-əhvalını da ingilis dilində "How are you?" deyərək soruşur.

Gənc ixtiraçının proqramla bağlı görüntüləri

İstedadlı gəncin sözlərinə görə, o, bu proqramı, komputerdən gələn şualanmanın qarşısını nisbətən almaq məqsədi ilə ixtira edib. Eyni zamanda, yeni kəşfin köməkliyi ilə görmə qüsurlu şəxslər də asanlıqla istənilən sosial şəbəkələrdən istifadə edə bilərlər.

İsmayıl hazırda proqramın üzərində təkminləşdirmə işlərini aparmaqla onun imkanlarını daha da genişləndirmək istəyir. Məktəbli tezliklə bizi daha başqa ixtirası ilə təəccübləndirmək fikrindədir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yaşayan Şirzadovlar ailəsində bu ilk yenilikdir. İndiyədək ondan başqa heç kim komputerlə bu qədər maraqlanmayıb. İsmayıl ailənin son beşiyidir, özündən başqa, onun 22 yaşlı qardaşı və 20 yaşında bacısı var.

15 yaşlı azərbaycanlının inanılmaz ixtirası

  • 18-08-2015, 13:45
  • 773


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Qazaxda düşmən təxribatı davam edir
  8. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  9. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  10. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI