Bakıda magistral yolda göl yarandı, hərəkət dayandı - VİDEO, FOTOLAR

Bakıda magistral yolda göl yarandı, hərəkət dayandı - VİDEO, FOTOLAR

Ənənəvi olaraq yenə də paytaxt Bakı dünən gecədən başlayaraq yağan yağışdan üzüağ çıxa bilmədi. Yenə küçələri su basdı, kanalizasiyalar dolub-daşdı. Ən pisi isə magistral yollarda suyun yığılıb, iri göl əmələ gətirməsi və avtomobillərin hərəkətində məhdudiyyətlər yaranması oldu.

Nizami rayonu, Mehdi Abbasov küçəsindən keçən magistral yolun hərəkət hissəsində gölün yaranması da bu gün Bakı sakinlərinin, həmin yoldan keçən avtomobillərin çətin anlar yaşamasına səbəb olub.

Təqribən magistral yolun 100 metrlik hissəsində dərin gölməçə yaranıb. Nəqliyyat vasitələri bu gölməçəyə çatdıqda ehtiyatla hərəkət etmək məcburiyyətində qalıblar. Bu isə arxadan gələn avtomobillərin sıxlığına səbəb olub.

Hətta bir çox avtomobillərin sıradan çıxıb, yolun ortasında qalması nəticəsində uzun tıxac da yaranıb. Bir neçə avtomobilin dövlət nömrə nişanı suyun təsiri ilə qoparaq düşüb və ərazidə qalıb.

Əraziyə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb ediliblər. Bir tərəfdən yolun suyu boşaldılıb, digər tərəfdən isə sıradan çıxan avtomobillər evakuatorlarla ərazidən kənarlaşdırılıb.

Problemin aradan qaldırılması zamanı çətinliklər yaşanıb, “Azəravtoyol” ASC-nin əməkdaşları yarım saatlıq axtarışdan sonra kanalizasiya sistemini tapa biliblər.

Musavat.com-un hadisə yerində olan müxbiri yaşanan problemlərlə bağlı videoçəkiliş aparıb.

Həmin videogörüntüləri təqdim edirik.

Məğrur Mərd,
Fotolar və video müəllifindir.


Bakıda magistral yolda göl yarandı, hərəkət dayandı - VİDEO, FOTOLAR
Bakıda magistral yolda göl yarandı, hərəkət dayandı - VİDEO, FOTOLAR
Bakıda magistral yolda göl yarandı, hərəkət dayandı - VİDEO, FOTOLAR
Bakıda magistral yolda göl yarandı, hərəkət dayandı - VİDEO, FOTOLAR
Bakıda magistral yolda göl yarandı, hərəkət dayandı - VİDEO, FOTOLAR

Bakıda magistral yolda göl yarandı, hərəkət dayandı - VİDEO, FOTOLAR

  • 29-03-2016, 14:44
  • 532


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI