Naxçıvan Dövlət Universitetiylə bağlı ilginc iddia

 Naxçıvan Dövlət Universitetiylə bağlı ilginc iddia


«Azərbaycanda hüquq elmi üzrə ikinci ali təhsil imkanı yalnız Naxçıvan Dövlət Universitetində var və bu səbəbdən də orada oxumaq istədim. Amma qarşılaşdığım mənzərədən şoka düşmüşəm». Xeberdar.net bildirir ki bu sözləri JAM.AZ-a Vidadi Cavadov adlı vətəndaş yazaraq bildirib.


Vidadi Cavadov bildirir ki, ikinci təhsillə bağlı sənədlərimi NDU-ya təqdim edib. «Mənə dedilər ki, sənəd qəbulu ilə prorektor Mübariz müəllim məşğul olur və ona yaxınlaşmam lazımdır. Mübariz müəllimin ikinci mərtəbədə yerləşən kabinetinə girdim. Sənədlərə baxdıqdan sonra açıq-aşkar dedi ki, «Bəs, əsas sənəd hanı?». Cavabında bildirdim ki, bütün sənədlərim oradadır. Əvvəlcə elə zənn etdim ki, hansısa sənədin surəti yerə düşüb. Lakin eşitdiyim cavab məni həqiqətən təəccübləndirdi: «Sən necə hüquqşünas olmaq istəyirsən ki, əsas sənədin nə olduğunu bilmirsən? Pul hanı?». Doğrusu, bu qədər açıq şəkildə gözləmirdim. Özümü itirdim və soruşdum ki, «nə pul». Sənədləri üzərimə tullayıb dedi ki, get səndən hüquqşünas olmaz».

JAM.AZ-a yaxılı şəkildə müraciət edən sözügedən şəxs bildirir ki, bu dialoqdan sonra kabinetdən çıxıb, prorektorun katibəsinə yaxınlaşıb. «Katibəyə dedim ki, hansısı ödəniş varsa, deyin edim. Cavabında bildirdi ki, ikinci təhsil üçün sənəd qəbulu pulludur və məsləhət bildi ki, təkrar Mübariz müəllimin yanına gedib, ondan dəqiq qiymət öyrənim. İçəri keçib, üzürxahlıq etdim və yanlış başa düşdüyümü bildirdim. Və nə qədər pul ödəməli olduğumu söylədim. Mübariz üməllim açıq şəkildə dedi ki, 6500 manat ona, 500 manat dekana verməliyəm. 1500 manat isə illik təhsil haqqıdır. Əlacsızlıqdan razılaşdım».

Vidadi Cavadov yazır ki, səhəri gün valideynləri ona tələb olunan məbləği göndəriblər. O da aparıb proretora verib. «Heç nədən çəkinmədən pulu alıb, saydı, sonra da seyfə qoydu. Dekaana çatacaq pulu da aldı ki, özü verəcək. Beləcə, heç bir müsabiqəsiz filansız iyulun 25-də hüquqşünaslıq fakultəsinin tələbəsi oldum».

Naxçıvan Dövlət Universitetindən şikayətçi düşən tələbənin problemi bununla da biməyib. Məlum olub ki, onun Naxçıvana gedib-gəlməsinə də ehtiyac yoxdur. «Mənə dedilər ki, Bakıdan Naxçıvana gəlməyim lazım deyil. Hər sessiya 1500 manat verib, gəlməyə bilərəm və 4 ildən sonra gəlib diplomumu götürə bilərəm. Mənsə oxuyub, bu sahənin sirlləri ilə tanış olmaq istəyirdim. Öyrənməyə çalışırdım. İndi çox peşmanam».

Vidadi Cavadov sonda onu da bildirib ki, Naxçıvan Dövlət Universitetində baş verən rüşvətxorluqdan dolayı, məcbur olaraq bankdan kredit götürərək, ali məktəbi bitirməkdən başqa yolu yoxdur.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Naxçıvan Dövlət Universitetiylə bağlı ilginc iddia

  • 18-08-2015, 19:59
  • 811


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  4. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  5. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  6. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  7. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
  8. RUS-TÜRK BİRGƏ PATRULUNDAN NƏ SORAQ VAR? –Suriyalı qaçqınlar bir ifratdan digərinə sığınır
  9. DÖVLƏT SƏRHƏDİNDƏ ERMƏNİ TƏXRİBATI - Hərbçimiz yaralanıb
  10. Türkiyənin ilk uçan avtomobilinin sınağı uğurla başa çatdı - VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI