Səlim Müslümova işçisindən şikayət olundu

 Səlim Müslümova işçisindən şikayət olundu

Bir müddət bundan əvvəl redaksiyamıza Yasamal rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin (ƏSMM) direktoru Gülnarə Salahovanın yarıtmaz fəaliyyəti, öz işində yol verdiyi ciddi qanun pozuntuları barədə məlumatlar daxil olmuşdu. Bu xüsusda dərc etdiyimiz materiallarda biz artıq qeyd etmişdik ki, Yasamal ƏSMM-nin rəhbərliyi tərəfindən tətbiq olunan üsullar nəticəsində bu gün rayonun aztəminatlı vətəndaşları olduqca sıxıntılı durum yaşamaqdadırlar. Hətta bəzi mənbələrin iddiasına görə bu gün artıq Yasamal ƏSMM, məhz Gülnarə Salahovanın öz işində yol verdiyi ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəliyi sayəsində, analoji qurumlar arasında daha çox seçilən idarələrdən birinə çevrilmişdir. Təqdim olunan açıqlamalarda ilk növbədə vurğulanır ki, plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir mənimsəmə üsulu, yəni kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsi bu gün də Yasamal ƏSMM-də geniş tətbiq edilir. Bu şərtlərlə razılaşmayıb dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparan vətəndaşlar isə o dərəcədə süründürməçiliklə üzləşirlər ki, bir çoxları son nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. Daha sonra məlumatlarda bildirilir ki, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə mərkəzin direktoru Gülnarə Salahova bəzi ehtiyyat tədbirlərinə də əl atmalı olmuşdur. Belə ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün artıq ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Bu işdə ona idarənin baş mühasibi İlkin Cəfərov yaxından kömək edir. Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatlarda irəli sürülən bütün bu və digər ittihamları nəzərə alaraq, dərc etdiyimiz materiallardan birində, biz Gülnarə Salahovanın fəaliyyətində müşahidə olunan bir çox məqamların “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət qulluqçularının etik davranış Qaydaları”nın müxtəlif bəndləri ilə uyğunsuzluğunu diqqət mərkəzinə çəkmişdik. Bundan başqa isə, Gülnarə Salahova tərəfindən mətbuatın Yasamal ƏSMM-nin fəaliyyətinə dair ona ünvanlanan sorğularını, bu quruma heç bir aidiyyatı olmayan kənar bir şəxsə, öz şəxsi vəkilinə yönəltməsi də tərəfimizdən haqlı qınaqla qarşılanmışdı. Biz qeyd etmişdik ki, aldığımız məlumatlarda bəhs olunan bəzi məqamlara aydınlıq gətirmək üçün, əməkdaşımız bu yaxınlarda Yasamal ƏSMM-nə telefonla zəng vurmuşdu. Mərkəzin əməkdaşı isə, məqsədimizi biləndən sonra bizə bir mobil telefon nömrəsi vermişdi. Həmin nömrəyə zəng etdikdə isə, bizə cavab verən xanım özünü məhz bu cür təqdim etdi: “Mən Gülnarə Salahovanın şəxsi vəkiliyəm və siz bütün suallarınızı mənə ünvalaya bilərsiniz”. Belə çıxır ki, Yasamal ƏSMM-nin direktoru öz vəzifə fəaliyyəti ilə bağlı bütün məlumatları əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə heç bir aidiyyatı olmayan bir şəxsə təqdim edir və həmin şəxsə nazirliyin struktur bölmələrindən birinin adından danışmaq səlahiyyəti verir. Bütün bunlardan sonra Gülnarə Salahova da öz növbəsində bizi “uydurma” mənbələrə istinadən çıxış etməkdə ittiham etmişdi. Lakin nədənsə növbəti məlumatımıza ƏSMM direktorunun reaksiyası gəlmədi. Həmin məlumatı təqdim edən mənbə bildirmişdi ki, o, bu yaxınlara qədər Yasamal ƏSMM-də çalışmış və işlədiyi müddətdə öz vəzifələrini vicdanla yerinə yetirmişdir. Lakin bir müddət əvvəl, həmin əməkdaş məhz Gülnarə Salahovanın ona qarşı irəli sürdüyü bəzi qeyri-qanuni tələbləri icra etməkdən boyun qaçırdığı üçün, ƏSMM direktorunun göstərişi ilə işdən azad edilmişdir. Şikayətçi həmçinin bildirmişdi ki, məsələ ilə bağlı o, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib. Ümid edirik ki, ən qısa zamanda bu vətəndaşın şikayəti əsasında nazirlik tərəfində Yasamal ƏSMM-də müvafiq yoxlamalara başlanacaq.

Səlim Müslümova işçisindən şikayət olundu

  • 19-08-2015, 12:33
  • 862


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI