Sabunçuda münaqişə: hadisə yerinə gələn polislər döyüldü

Sabunçuda münaqişə: hadisə yerinə gələn polislər döyüldü

Sabunçuda ailə münaqişəsinə davasını sakitləşdirmək istəyən polislərə xəsarət yetirdilər Bakının Sabunçu rayonunda hadisə yerinə gedən polis əməkdaşları zorakılıqla üzləşib. Xeberdar.net Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Muxtarov qəsəbəsi, Ə.Bağırov küçəsindəki yeni tikilidə baş verib. Həmin ünvanda məişət zəminində qonşular arasında münaqişə baş verib. Həmin ünvanda yaşayan 1974-cü il təvəllüdlü Təranə Mərdiyeva münaqişəyə son qoyulması üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq polis cağırıb. Bundan sonra xəbər ötürmə xidmətindən hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. 12-ci polis bölməsinin əməkdaşları – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü, sahə inspektoru, polis baş leytenantı Emin Aslanov, 1992-ci il təvəllüdlü əməliyyat müvəkkili, polis mayoru İldırım Şarıtov və 1987-ci il təvəllüdlü, polis serjantı Elnur Səfərov hadisə yerinə yollanıblar. Həmin ünvanda 1992-ci il təvəllüdlü İmran Akif oğlu İsmayılov polis əməkdaşlarına qaşı zorakılıq edib və onları döyərək, bədənlərinin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Hadisə zamanı xəsarət alan polislərə tibbi yardım göstərilib. Hadisə ilə bağlı 12-ci polis bölməsində təhqiqat aparılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib.

Sabunçuda münaqişə: hadisə yerinə gələn polislər döyüldü

  • 19-08-2015, 11:23
  • 954


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “O YA AĞLINI İTİRİB, YA DA ÖLKƏNİ QARIŞDIRMAQ İSTƏYİR...” - Mehdiyevin təhdidinə reaksiyalar
  2. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  3. RAMİZ MEHDİYEVİN SİFARIŞ VERDİYİ ŞİRKƏTLƏR - AMEA dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb
  4. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  5. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  6. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda onlayn təlim keçrildi
  7. Bərdədə körpə doğuşdan sonra ölüb- Cinayət işi başlanıb
  8. Hikmət Hacıyev:“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur”
  9. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  10. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI