`Birbaşa düşmənin maraqlarına xidmət edirlər`- Deputat

`Birbaşa düşmənin maraqlarına xidmət edirlər`- Deputat

`Yenidən açıq mətbuatda ordumuzla bağlı məlumatların dərc edilməsi dalğası başlayıb. Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyində bəzi idarə rəislərinin işdən çıxarılması haqqında xəbərlər yayıldı. Açıq mətbuatda idarələrin tam adları, rəhbərlərinin hərbi rütbəsi və tam ad və soyadları göstərilməklə siyahı dərc edildi. Bu siyahıda bircə həmin şəxslərin ev ünvanları və mobil telefon nömrələri çatışmırdı`.

Xeberdar.net AzVision.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

Deputat qeyd edib ki, paralamentdə Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavinidir, həmin idarələrin tam adlarını, mövcudluğnu və rəhbərlərinin tam adlarını birinci dəfədir ancaq bu xəbərlərdən oxuyub:

`Hesab edirəm ki, hərblə bağlı belə tam və müfəssəl məlumatların yayılması hərbi sirrin yayılmasıdır və birbaşa düşmənin maraqlarına xidmət edir. Ermənistan müəyyən dövlət orqanlarının Azərbaycanın bəzi saytlarının məlumatlarına gündəlik izləməsi kifayətdir ki, istədikləri məlumatları əldə etsinlər. Bu məsələdə məsuliyyət məsləsinin güclənməsinin tərəfdarıyam. Azərbaycan qonşu Ermənistanla müharibə vəziyyətindədir və düşmən o ziyan vurmaq, problemləri çoxaltmaq üçün bütün imkanlardan istifadə edir`.

`Bu vəziyyətdə hərbi nazirliyimizlə bağlı spesifik məlumatların və təsdiqlənməmiş informasiyanın yayılması çox təhlükəlidir. Ona görə belə həssas məsələdə mətbuat da ehtiyatı olmalı, hətta hansısa bir hərbi xarakterli məlumata malik olsa da, onun yaylmasının ölkəmizə hansı zərər vuacağının məsuliyyəyini düşünməlidirlər. Ötən il bununla bağlı ölkə mətbuatında xeyli müzakirələr getdi və milli mətbuatımız hərbi məsələdə ümumi bir mövqedən çıxış etməyə başladı. Ancaq görünür son günlər hansısa KİV-lər sensasiya və ucuz şöhrət naminə yenədən hərbi xarakterli məlumatlar yaymağa başlayıblar”, – deyə A. Mirzəzadə bildirib.

`Birbaşa düşmənin maraqlarına xidmət edirlər`- Deputat

  • 19-08-2015, 18:36
  • 767


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  4. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  5. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  6. TOFİQ YAQUBLU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ - Siyasi partiyalar tərəfindən
  7. 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə
  8. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  9. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  10. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI