Prezident 2 sərəncam imzaladı

Prezident 2 sərəncam imzaladı

Prezident İlham Əliyev heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Xeberdar.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat prezidentin rəsmi saytında yerləşdirilib.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması və cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi məqsədi ilə qərara alıram:

1. Ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

Prezidentin həmçinin heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında sərəncam verib. Sərəncama əsasən heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi gücləndirilməlidir.

Sərəncamda bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyinin gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydasını iki ay müddətində müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

Prezident 2 sərəncam imzaladı

  • 19-08-2015, 19:42
  • 913


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  3. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  4. İş icazəsi ilə istirahətə gedənlər cərimələndi - VİDEO
  5. Daha bir rayon su böhranı ilə üz-üzə
  6. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  7. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  8. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  9. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  10. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI