Ermənistanda panika: Gümrü bazasında nə baş verir?

Ermənistandakı Rusiya hərbi bazası ətrafında şaiyələr yayılmağa başlayıb
Ermənistanda panika: Gümrü bazasında nə baş verir?
Rusiya hərbi qüvvələri
Qarabağda hərbi əməliyyatların dayandırılmasının ardınca Ermənistandakı Rusiya hərbi bazası ətrafında qəribə şaiyələr yayılmağa başlayıb.

Xeberdar.net-in Virtualaz.org-a istinadən xəbər verir ki, bəzi Ermənistan KİV-ləri Gümrüdəki Rusiya hərbi bazasının ətrafında patrul xidmətinin gücləndirildiyini, hətta hərbi texnikanın küçələrə çıxdığını və rus hərbçilərinin ailələrinin Ermənistanı tərk etdiyini yazıblar. Gümrü şəhərinə təbii qazın verilməsinin qəfil dayandırılması da şaiyələri və panikanı gücləndirib.

“Sputnik” agentliyinin erməni xidmətinin bildirdiyinə görə şaiyələri körükləyən “Qraparak” qəzeti olub. Qəzet Gümrü bazasında rusların özlərini qəribə apardıqlarını, küçələrə hərbi texnika çıxardıqlarını yazıb. Lakin agentliyin müxbiri Gümrüdə olarkən söhbətləşdiyi taksi sürücüsü belə məlumatları “şaiyə” adlandırıb. “Onsuz da Qarabağa görə əhali çox narahatdır, nəyə lazımdır belə şaiyələr yaymaq”-Karapet adlı sürücü deyib.

Panikanın artması ilə bağlı Gümrü meriyası da xüsusi açıqlama verib və Rusiya hərbi bazasının küçələrə texnika çıxarmasını təkzib edib. Ancaq meriya Rusiya hərbçilərinin ailə üzvlərinin şəhəri tərk etməsini inkar etmir.Bildirilir ki, bu normal haldır, əvvəllər də hərbçilərin ailələri Rusiyaya gediblər və qayıdıblar.

Ermənistanda Rusiya hərbi bazası ətrafında belə şaiyələrin yayılması İrəvanın Qarabağda 4 günlük müharibə zamanı öz strateji müttəfiqindən incikliyi ilə əsaslandırılır. Ermənistan həmin müharibə zamanı Azərbaycanın Rusiyadan aldığı yeni silahları tətbiq etməsindən şikayətlənir. Prezident Sərkisyan və digər erməni rəhbərləri Rusiyadan Azərbaycana silah satışını dayandırmağı istəyirlər. Lakin onların bütün gözləntiləri boşa çıxıb, Rusiya rəsmiləri bildirib ki, Azərbaycana silah satışı davam edəcək.
Xeberdar.net

Ermənistanda panika: Gümrü bazasında nə baş verir?

  • 10-04-2016, 16:34
  • 425


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI