Roqozin mənzilinin dəyəri haqqında məlumatları "sayıqlama" adlandırıb

Roqozin mənzilinin dəyəri haqqında məlumatları "sayıqlama" adlandırıb

Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin "Exo Moskvı" radiosunun efirində bəyan edib ki, onun mənzilinin qiyməti barədə beynəlxalq antikorrupsiya təşkilatı Transparency International-ın araşdırması həqiqətə uyğun deyil.
Transparency International mart ayında dərc etdiyi araşdırmaya görə, Roqozin ailəsinin yarım milyard rubl dəyərində mənzili var.
Araşdırma yayımlanandan sonra Korrupsiyaya qarşı mübarizə fondunun araşdırmalar şöbəsinin rəhbəri Georgi Alburov baş nazirin müavini Dmitri Roqozinin rüşvət almasına dair məlumatlarla bağlı yoxlama keçirmək tələbi ilə hüquq-mühafizə orqanlarına müraciət edib.
Lakin sonradan Alburov ehtimal edib ki, ola bilsin ki, Roqozin mənzil almayıb və əlavə pulla öz əvvəlki yaşayış sahəsini dəyişib.
Təşkilatın məruzəsində qeyd edilib ki, yarım milyon rubl Roqozin və xanımının 2011-2014-cü illərdəki gəlirindən 10 dəfə çoxdur.
2011-ci ildə Roqozin bəyannaməsində mənzil sahəsini 126 kvadrat metr göstərib, 2013-ci ildə isə 346 kvadrat metr.
"Onun [mənzilin] bu qədər qiyməti yoxdur. Bu, sayıqlama, axmaqlıqdır", - Roqozin qeyd edib.
O bildirib ki, Moskvadakı mənzilinin dəyəri 29 milyon rubldur (Transparency International-ın materiallarda bazar qiyməti göstərilibmiş).
Roqozin Starovolınskaya küçəsindəki daşınmaz əmlakı Bolşaya Tuşinskaya döngəsindəki mənzili ilə dəyişdirərək əldə edib. Onun sözlərinə görə, sonuncunun qiyməti "mübadilə müqaviləsinə əsasən", 31 milyon rubldur.
Əvvəllər baş nazirin müavini Transparency International-ın araşdrımasını şərh edərək deyib ki, dərc olunmuş material təxribat xarakteri daşıyır.|BBC|

Xeberdar.net

Roqozin mənzilinin dəyəri haqqında məlumatları "sayıqlama" adlandırıb

  • 12-04-2016, 10:50
  • 276


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  3. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  4. Nuru Paşanın yavəri...
  5. Bu gün hava 28 dərəcəyə qədər isinəcək- Nazirlik açıqladı
  6. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  7. VİDADİ ZEYNALOV RESTORAN İŞLƏTMƏYƏ BAŞLADI – “Toyuq-cücə də saxlayıram…” + FOTO
  8. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  9. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  10. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI