Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 7 bəndli sənəd təklif edib

Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 7 bəndli sənəd təklif edib
Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 7 bənddən ibarət sənəd təklif edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Ermənistandakı səfiri Matias Kisler bildirib.

Onun sözlərinə görə, “Almaniya XİN-i 7 bəndən ibarət daxili sənədi dövriyyəyə buraxıb”.
“Proqram münaqişənin həll yollarını nəzərdə tutmur, çünki müvafiq mandata ATƏT-in Mİnsk Qrupunun həmsədrləri malikdirlər. Buna baxmayaraq, sənəddə bir neçə mühüm müddəa öz əksini tapıb, onların arasında atəşkəsin saxlanılması ən əsas bənddir ... Hər iki tərəfin atəşkəs rejiminə əməl etməsi bizim üçün çox vacibdir və mən düşünürəm ki, hazırda münaqişənin sülh yolu ilə nizamlanması üzrə yeni dinamika yaranıb”, - deyə Kisler jurnalistlərə bildirib.

Diplomat sənədin detallarını təqdim etməkdən imtina edib. Kisler qeyd etdiyi sənədin Minsk Qrupunun həmsədrləri tərəfindən müzakirə olunmasından xəbərsiz olduğunu bildirib.
xeberdar.net

Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 7 bəndli sənəd təklif edib

  • 13-04-2016, 09:04
  • 301


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI