Bakıda keçmiş polis bıçaqlandı

Bakıda keçmiş polis bıçaqlandı


Gecə saatlarında Bakının Xətai rayonunda keçmiş polis əməkdaşı bıçaqlanıb.



Xeberdar.net APA-ya istinadən xəbər verir ki, təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya içkili vəziyyətdə olan naməlum şəxs gətirilib. Onun bıçaqlandığı məlum olub. Əməliyyat olunan yaralının həyatı xilas edilib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırmalar nəticəsində yaralının 33 yaşlı Samir Cəfərov olduğu müəyyən edilib. O, keçmiş polis əməkdaşıdır. Yaralı ilkin ifadəsində bildirib ki, onu metronun "Əhmədli" stansiyasının qarşısında tanımadığı şəxs bıçaqlayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırmalar davam etdirilir.

Bakıda keçmiş polis bıçaqlandı

  • 20-08-2015, 10:59
  • 839


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. Qobustanda kişi qardaşı arvadını öldürdü
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Qazaxda düşmən təxribatı davam edir
  8. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  9. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
  10. Sabahın hava proqnozu-Sabah güclü yağış yağacaq - çətirsiz evdən çıxmayın
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI