Bakı İstintaq Təcridxanası təhlükədə SOS

Bakı İstintaq Təcridxanası təhlükədə SOS

“Bakı İstintaq Təcridxanasının yaxınlığındakı Zabrat gölündə suyun səviyyəsi qalxıb”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda Zabrat gölünün suyu getdikcə Bakı İstintaq Təcridxanasına və ərazidəki yaşayış evlərinə yaxınlaşır: “Gölün kənarında xeyli uçmalar baş verib. Artıq yaşayış evlərinin zirzəmiləri su ilə dolub. Məsələ ilə əlaqədar tərəfimizdən aidiyyəti qurumlara arayış hazırlanır”.

Baş geoloqun sözlərinə görə, Zabrat gölündə suyun səviyyəsinin qalxması Bakı İstintaq Təcridxanasına gedən magistral yola, eyni zamanda ərazidən keçən kommunikasiya xətlərinə problem yaradıb: “Magistral yola ziyan dəyib. Ərazidəki rabitə və elektrik xətləri suyun içindədir”.

Ə. Piriyev qeyd edib ki, Zabrat gölündə suyun səviyyəsinin qalxmasına gölə ərazidəki yaşayış evlərindən çirkab sularının axıdılması və qrunt sularının yer səthinə qalxması səbəb olub: “Yerli əhalinin sözlərinə görə, sovet vaxtı ərazidə su ötürücü kanal olub. Sonradan həmin su ötürücü kanal kimlərsə tərəfindən doldurulandan sonra göldə suyun səviyyəsi qalxmağa başlayıb”.
Xeberdar.net

Bakı İstintaq Təcridxanası təhlükədə SOS

  • 19-04-2016, 16:20
  • 663


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  5. 30 iyunda gözlənilən hava şəraiti
  6. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  7. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
  8. Deputatın mülkləri - siyahı
  9. Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb - VİDEO
  10. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI