Nadejda Savçenko Ukraynaya qaytarılır

Nadejda Savçenko Ukraynaya qaytarılır
Rusiya məhkəməsi ukraynalı pilot qadın Nadejda Savçenkonun cəza müddətini vətənində çəkə bilmək məsələsini həll edəcək.

Xeberdar.net xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.

«Ukrayna tərəfi Rusiyaya N.V.Savçenkonun təhvil verilməsinə razılığını bildirməlidir. Bundan əlavə, Ukrayna qanunvericiliyinə uyğun olaraq, Rusiya məhkəməsinin bu şəxs haqqında məhrumetmə qərarının yerinə yetirilməsi barədə qərar çıxarılmalı, bu qərar qüvvəyə minməli və rus dilinə tərcümə olunaraq, təqdim edilməlidir», - mətbuat xidmətinin məlumatında belə deyilir.

Bir qədər öncə Savçenkonun vəkili İlya Novikov bildirmişdi ki, onun müvəkkili yaxın 1 ay ərzində vətəninə təhvil verilə bilər. Onun fikrincə, Rusiya tərəfi Savçenkonu Ukraynada məhkum olunmuş iki Rusiya vətəndaşına — Aleksandrov və Yerofeyevə dəyişəcək.

Xeberdar.net

Nadejda Savçenko Ukraynaya qaytarılır

  • 20-04-2016, 23:40
  • 464


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI