Bakıda satılan bəzi kolbasalarda at əti aşkarlandı - FOTOLAR

Bakıda satılan bəzi kolbasalarda at əti aşkarlandı - FOTOLAR

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında orqanoleptik göstəricilərində əsaslı şübhələr olan “Delikat” və “Nur” əmtəə nişanlı kolbasa məmulatları aşkar edilib.

Bu barədə Komitədən bildirilib.


Belə ki, bazarın ərazisində fəaliyyət göstərən fiziki şəxs Süleymanov Vüqar Tofiq oğluna məxsus ərzaq mağazasında satılan, markalanmasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mikayıl Əliyev küçəsi 3 ünvanında fiziki şəxs V. Həsənov tərəfindən istehsal olunduğu qeyd olunan “Delikat” əmtəə nişanlı bişmiş hisə verilmiş kolbasanın qlafının alt hissəsində standarta uyğun olmayan iri qara ləkələr, eyni zamanda xarab olma əlamətləri, həmcins olmayan konsistensiya, ağ qatı məhlulun müxtəlif sahələrində topa halında yığılması kimi məhsula xas olmayan əlamətlər müəyyən olunub.

Həmin bazarın ərazisində səyyar şəkildə taxta altlıqlar üzərinə qoyularaq saxlanılma rejiminə riayət olunmadan satışı həyata keçirilən, markalanmasında Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress Kooperativ küç. 31 ünvanında fiziki şəxs Həsənov tərəfindən istehsal olunduğu qeyd olunan “Nur” əmtəə nişanlı bişmiş hisə verilmiş kolbasa məhsullarının da keyfiyyəti ilə bağlı şübhələr yaranıb.

Adıçəkilən məhsul nümunələrinin keyfiyyət və təhlükəsizliyinin yoxlanılması məqsədilə komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qida laboratoriyasında sınaqları aparılıb.
Sınaq nəticələrinə əsasən hər iki məhsulun at ətindən hazırlandığı, təhlükəsizlik göstəricilərinə görə standartın tələblərinə cavab vermədiyi müəyyən olunub. Araşdırmalar davam etdirilir. Faktla bağlı hüquqi qiymət verilməsi üçün toplanmış materiallar aidiyyatı orqanlara göndərilib./Bizimyol.info/
Bakıda satılan bəzi kolbasalarda at əti aşkarlandı - FOTOLAR
Bakıda satılan bəzi kolbasalarda at əti aşkarlandı - FOTOLAR
Bakıda satılan bəzi kolbasalarda at əti aşkarlandı - FOTOLAR

Bakıda satılan bəzi kolbasalarda at əti aşkarlandı - FOTOLAR

  • 21-04-2016, 16:56
  • 443


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  4. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  5. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  6. 30 iyunda gözlənilən hava şəraiti
  7. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  8. Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR
  9. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  10. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI