“Qəbələ” və “Qarabağ” sınaq qarşısında

“Qəbələ” və “Qarabağ” sınaq qarşısında

Bu gün Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçiriləcək


Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Xeberdar.net ANS PRESS-ə istinadən xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” və Azərbaycan çempionu “Qarabağ” da turnirdə növbəti oyunlarına çıxacaq.

Roman Qriqorçukun komandası Bakıda Yunanıstanın “Panatinaikos” klubunu qəbul edəcək. Tarixində ilk dəfə “pley-off”a yüksələn “qırmızı-qaralar” uğurlu seriyasını davam etdirməyə çalışacaq. Afinada keçiriləcək cavab qarşılaşmasından əvvəl təmsilçimiz sərfəli nəticə qazanmalıdır. Əks halda komandamızın qrup mərhələsinə yüksəlməsi çətinləşəcək.

“Qəbələ” pley-off mərhələsinə qədər ardıcıl olaraq “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya) və “Apollon”u (Kipr) mübarizədən kənaralaşdırıb.


"Qəbələ" futbolçuları

Qurban Qurbanovun komandası "Qarabağ" isə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gələcək. Ötən mövsüm qrup mərhələsinə vəsiqə qazanan təmsilçimiz bu dəfə də ən azı həmin uğurunu təkrarlamağa çalışacaq. Bunun üçün səfərdə keçirilən ilk oyunda sərfəli nəticə qazanmaq lazmdır.

Çempionlar Liqasının III təsnifat mərhələsində “Seltik”ə uduzaraq mübarizəni dayandıran komandamız ötənilki senarini təkrarlaya bilər.

20 avqust

21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)
Hakimlər: Andre Marriner, Simon Bennett, Li Bettsı (İngiltərə)
Bakı. 8-ci kilometr qəsəbə stadionu

23:00. “Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan)
Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin (Rusiya)
Bern. “Stad de Suiss”

“Qəbələ” və “Qarabağ” sınaq qarşısında

  • 20-08-2015, 17:05
  • 669


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI