Artırılan eyvanların hamısı söküləcək – Rəsmi

Artırılan eyvanların hamısı söküləcək – Rəsmi


Bakıda Sovet dövründə tikilən binalara edilən əlavələrin hamısı söküləcək.

Xeberdar.net bildirir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin "Tikintiyə nəzarət” şöbəsindən bir neçə gündür binalara sonradan edilən əlavə balkonların sökdürülməsinə münasibət bildirərkən deyiblər.

BŞİH-dən baku.ws-ə verilən məlumata görə, dünən Yasamal rayonu ərazisində yaşayış binalarının artırılmış balkonları tam qanun çərçivəsində merin tapşırığına uyğun olaraq sökülüb.

Ərazidə aparılan abadlıq işlərilə bağlı Nərimanov heykəlinin yanından Vergilər Nazirliyinin arxasına qədər, rayonun A.Ağayev küçəsində abadlıq işləri aparılıb. İşlərə uyğun olaraq ərazidə yerləşən binalarda artırılmış balkonlar sökülüb. Bu addım həm təhlükəsizlik, həm də şəhərin görünüşünə xələl gətirməyin qarşısını almaq məqsədilə atılıb.

Artırılma balkona görə verilən sənədlər də əslində qanuni deyil. Çünki Sovet dövründə tikilən binanın infrastrukturuna heç bir dəyişiklik etmək olmaz.

Bakı meriyasından onu da əlavə etdilər ki, gələcəkdə də, abadlıq aparılacaq digər ərazilərdə belə hallar olarsa, mütləq qarşısı alınacaq:

"Əgər hansısa ərazilərdə abadlıq işləri aparılacaqsa və artırılma balkon, yaxud hansısa dəyişiklik aşkarlanarsa, o zaman müvafiq tədbirlər görüləcək. Artırılma balkonlar söküləcək”.

Artırılan eyvanların hamısı söküləcək – Rəsmi

  • 21-08-2015, 11:38
  • 691


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  4. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  5. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  6. 30 iyunda gözlənilən hava şəraiti
  7. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  8. Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR
  9. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  10. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI