Türkiyədən Krım Tatar Məclisinin qadağan olunmasına SƏRT REAKSİYA

Türkiyədən Krım Tatar Məclisinin qadağan olunmasına SƏRT REAKSİYA

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyada Krım Tatar Milli Məclisinin fəaliyyətinin qadağan olunmasına sərt reaksiya verib.
Bu barədə Nazirliyin saytına istinadən xəbər verir.
“Rusiya işğalı altında olan Krımdakı faktiki rəhbərlik tərəfindən bir müddət əvvəl başlanan prosesin yekununda dünən – aprelin 26-da Krım Tatar Milli Məclisinin fəaliyyətinin qadağan olunduğu açıqlanıb. Krım Tatar Milli Məclisi soydaşlarımız Krım tatar xalqının hürr iradəsinin ifadəsi olan, demokratik yolla seçilmiş legitim təmsil və qərar orqanıdır.
Məclisin fəaliyyətinin qadağan olunması yarımadanın Rusiya tərəfindən qeyri-qanuni şəkildə işğalı və ilhaqından sonra Krım tatarlarının birlik və bütövlüyünü hədəf alan addımların son həlqəsidir.
Bu qərarı həm Krım tatar toplumuna qarşı yeridilən sistematik və kollektiv təzyiqin, həm də yarımadada yaşayanların təməl hüquq və azadlıqlarına vurulmaqda olan zərbələrin yeni bir təzahürü olaraq təəssüflə qarşılayır və qınayırıq”.
Qeyd edək ki, dünən Krım Ali Məhkəməsi Krım Tatar Milli Məclisini ekstremist təşkilat kimi tanıyıb və onun Rusiya ərazisində fəaliyyətini qadağan edib.

Xeberdar.net

Türkiyədən Krım Tatar Məclisinin qadağan olunmasına SƏRT REAKSİYA

  • 27-04-2016, 15:23
  • 386


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI