Dərman bazarına yeni nəzarət tətbiq olunacaq

Dərman bazarına yeni nəzarət tətbiq olunacaq

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb.

Xeberdar.net Axar.az-a istinadən xəbər verir ki, sənəd Prezident İlham Əliyevin dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə bağlı görülən işlərin davamı olaraq rəsmiləşdirilib.

Sənədə əsasən, dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaq.

"Yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq", - deyə məlumatda bildirilir.

Dərman bazarına yeni nəzarət tətbiq olunacaq

  • 21-08-2015, 14:15
  • 746


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI