Xədicə İsmayıl: "Azad söz və ədalət üçün vuruşun"

Xədicə İsmayıl: "Azad söz və ədalət üçün vuruşun"
Araşdırmaçı-jurnalist Xədicə İsmayılın müraciəti Ümumdünya Mətbuat Azadlığı günündə UNESCO-nun Helsinkdə keçirəcəyi beynəlxalq tədbirdə oxunacaq, jurnalistin anası Elmira İsmayılova BBC Azərbaycancaya deyib.
"Xədicə məndən xahiş etdi orda oturanlara deyim ki, azad söz və ədalət üçün mənimlə birlikdə vuruşsunlar", xanım İsmayılova mükafatı Xədicənin adından özü qəbul edəcəyini bildirir.
Təsis olunmuş mükafat, "Məlumat və fundamental azadlıqlara - Bu sənin hüququndur!" mövzusunda keçiriləcək Ümumdünya Mətbuat Azadlığı günü, mayın 3-də Helsinkdə təşkil edilən tədbirdə təqdim olunacaq, BMT rəsmi saytı yazır.
Jurnalist Xədicə İsmayıl aprelin 8-də müstəqil beynəlxalq peşəkar münsiflər tərəfindən çətin şəraitdə jurnalistikaya töhfələri və jurnalist araşdırmalarına görə bu mükafata layiq görülüb, UNESCO-nun saytında yazılır.
BMT-nin 1997-ci ildən ifadə azadlığını önə çəkənlərə verdiyi mükafat bu günə qədər 18 nəfərə təqdim olunub. Azərbaycandan bu mükafata ilk dəfə 2012-ci ildə jurnalist Eynulla Fətulayev layiq görülüb.
UNESCO-nun Guillermo Cano mükafatı 1986-cı ildə Meksikalı narkotik baronları tərəfindən qətlə yetirilən jurnalist, Guillermo Cano Isaza-nın şərəfinə təsis edilib.
Xədicə İsmayılın əməkdaşlıq etdiyi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) həyata keçirdiyi "Xədicə Layihəsi" də ötən ay “Araşdırmaçı Reportyorlar və Redaktorlar" təşkilatının (IRE) 2015-ci il üçün xüsusi "Tom Renner" mükafatına layiq görülüb.
Bundan əvvəl isə o, İsveçin Milli Mətbuat Klubu tərəfindən təsis edilmiş Anna Politkovskaya adına “Söz azadlığı”, “Alison Des Forges”, PEN/Barbara Goldsmith və digər mükafatlara layiq görülüb.
Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib.
Həbs-qətimkan dövründə Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.
"Xədicə İsmayılla bağlı hökm gələn ay ola bilər", jurnalisti Avropa İnsan Haqları Məhkəməsində təmsil edən vəkil Amal Clooney ötən həftə BBC Azərbaycancaya verdiyi müsahibəsində demişdi.
Jurnalist özü və əməkdaşlıq etdiyi Azadlıq Radiosu onun həbsinin səbəbini siyasi motivli olduğunu deyir və apardığı araşdırmalarla əlaqələndirir. Azərbaycan hökuməti bu iddiaları rədd edir./BBC/

Xeberdar.net

Xədicə İsmayıl: "Azad söz və ədalət üçün vuruşun"

  • 2-05-2016, 17:39
  • 453


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  3. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  4. Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
  5. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
  6. Yanğın və Səbəbləri
  7. Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"
  8. Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda
  9. Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
  10. Məşhur əxlaqsızlıq yuvasını işlədənlər hakim qarşısında- ikisi qardaşdı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI