Talış kəndində yaşayan 90 erməni ailəsi Ermənistana qaçıb

Talış kəndində yaşayan 90 erməni ailəsi Ermənistana qaçıb
Ermənistanın işğalı altında olan Azərbaycanın Talış kəndində yaşayan 90 erməni ailəsi Ermənistana qaçıblar.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Talış kəndindəki erməni icmasının əlaqələndiricisi Slava Bayunst bildirib.
Əlaqələndiricinin sözlərinə görə, problemin həlli üçün onlar Ermənistan hökumətinə məktubla müraciət ediblər.
“Aprelin 20-dək Talışda yaşayan ermənilərin sosial və məişət problemlərin həlli üçün heç kim əməli bir iş görmədi. Bizə mənzil, gündəlik tələbat malları, təqaüdlərin Ermənistana köçürülməsi, işlə təmin olunmaq lazımdır. Bizləri öz əşyalarımızı satmaqla dolanmaq ümidinə qoyublar. Yaz səpini üçün banklardan kredit götürmüşük. Oradan gələn 5-10 ailə Ermənistanın bölgələrində ev ala bilər. Qalan ailələrin özlərini təmin etməyə imkanları yoxdur.
12 ailə Yerevanda qohumlarının evində qalır. Qalanları əyalətlərdədir. Onlar istənilən yerdə yaşamağa razıdır. Təki onlara sığınacaq verilsin.
Suriyada yaşayan ermənilər gələndən sonra Yerevandakı yataqxanalarda qalmağa yer də yoxdur”, – S.Bayunts deyib.
Məlumata görə, atəşkəs elan olunandan sonra 370 erməni Talış kəndindən gedib.

Xeberdar.net

Talış kəndində yaşayan 90 erməni ailəsi Ermənistana qaçıb

  • 3-05-2016, 10:22
  • 507


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  3. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  4. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  5. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  6. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
  7. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  8. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  9. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  10. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI