Bakı metrosunda səssizlik olacaq

Bakı metrosunda səssizlik olacaq

Bakı Metropoliteni xətlərində relslərin qaynaq prosesində tətbiq edilən texnologiyalar qatarların hərəkətini daha səssiz edəcək.

Xeberdar.net ANS PRESS -ə istinadən xəbər verir ki, bu barədə Trend-ə Rusiyanın “QT-Alüminotermitnaya svarka” MMC-nin baş direktoru Vladimir Lenkin deyib.

Onun sözlərinə görə, Rusiya şirkəti Bakı metrosunda ilk qaynaq işlərini ötən il aparıb: “Ötən ilin sonunda Bakı Metropoliteninin yeni xətlərində ilk qaynaq işlərimizi bitirdik. Öz avadanlığımızı və materialımızı gətirmişdik. Əsas iş işlək relslərin qaynağından ibarət idi”.

V.Lenkin şirkətin “Bakı Metropoliteni” QSC ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu qeyd edib: “Əməkdaşlığımız cari ilin ikinci yarısında da davam edəcək. Məlumdur ki, 2030-cu ilə kimi Bakı Metropoliteninin perspektiv inkişaf planı mövcuddur və biz bu çərçivədə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Yolların mövcud qollarda modernləşməsi planlaşdırılır, belə ki, relslərdə qovşaqlar müxtəlif növ problem yarada bilər. Bundan başqa, məsələnin texniki cəhətdən başqa, sosial tərəfi də var ki, metro daha səssiz olacaq. Bu da vətəndaşların rahatlığını artıracaq”.

O, qeyd edib ki, Azərbaycan şirkət üçün olduqca əhəmiyyətlidir: “Tez-tez “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxlayırıq və gələcək əməkdaşlığa ümid edirik. Texnologiyalarımız nəinki qatarlara yerin altında, həmçinin şəhərlər arasında da səssiz getməyə imkan yaradır. Bütün işi öz gücümüzlə həll edə, həmçinin avadanlıq və materialla təmin edə, yerli kadrları öyrədə və texniki təminatı həyata keçirə bilərik”.

Bakı metrosunda səssizlik olacaq

  • 19-05-2015, 03:33
  • 929


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Dövlətin ayırdığı pullar BNA rəhbərinin cibinə gedirmiş:Şirkətləri üzə çıxdı...-VİDEO
  2. 30 milyonluq tenderi udan şirkət nazirin qohumunundur? – Fakt
  3. MSK BU GÜN YENİDƏN TOPLANIR - Bu dairələr üzrə qərar veriləcək + SİYAHI (Yenilənir)
  4. Bir qadının dəyəri 7 manat – Azərbaycanda qadın qul bazarı – VİDEO
  5. "FÖVQƏLNAZİR"İN ŞİRKƏTİNİN BANK HESABINA HƏBS QOYULUB - Külli miqdarda borcu varmış...
  6. “RUSİYA TÜRKİYƏNİN ƏLİNDƏKİ “KARTI” ZƏİFLƏTMƏK İSTƏYİR”- Sevil Nuriyevadan TƏHLİL
  7. Goranboyun icra başçısı haqqında şok ittiham:Şəhid ailəsinin torpağını əlindən alıb?-Video
  8. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  9. ABŞ-la İrəvan arasında Qarabağı yazışması ... – Sensasiyalı sənədlər
  10. Xətai rayonunda bu ərazi də satıldı
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI