Mingəçevirli deputatdan ilk açıqlama- “Şəhərdə tam sakitçilikdir...”

Mingəçevirli deputatdan ilk açıqlama- “Şəhərdə tam sakitçilikdir...”



Mingəçevirdən deputat seçilən Aydın Mirzəzadə polis şöbəsində intihar etdiyi deyilən Bəhruz Hacıyevlə bağlı şəhərdə baş verən etiraz aksiyasına ilk dəfə münasibət bildirib.


Xeberdar.net bildikrir ki, Millət vəkili “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, şəhərdə baş verən bütün hadisələrdən hər gün xəbər tutur və şəhər nümayəndələri ilə danışır: “Mərhum Bəhruz Hacıyevin ölümündən sonra mən dünən dörd dəfə Mingəçevir Şəhər Polis İdarəsinin rəisi, o cümlədən Bakıdan gedən nümayəndələrlə danışmışam. Hadisənin təfsilatı, vəziyyətlə bağlı tam məlumat almışam. Eyni zamanda dünən iki dəfə mərhumun atası ilə telefon danışığım olub. Ona başsağlığı vermişəm, yas yerinə öz köməyimi göndərmişəm və onu dinləmişəm. Hacıyevin atasının qaldırdığı bir neçə məsələni Mingəçevir polisi ilə danışaraq obyektiv baxılmasını xahiş etmişəm. Dünən qərara alındı ki, hadisənin gedişatı Mingəçevir Prokurorluğundan alınaraq birbaşa Baş Prokurorluğa verilsin. Məsələ ilə artıq Baş Prokurorluq məşğul olur. Mərhumun valideynlərinin məsələnin obyektivliyinə tam şübhəsi olmasın deyə təkrar ekpertizanın keçirilməsi və Bakıdan müstəqil ekspertin gətirilməsi ilə bağlı xahişim nəzərə alınıb”.

Şəhərdə baş tutan etiraz aksiyasına da münasibət bildirən deputat əlavə edib ki, vəziyyətlə bağlı daim məlumatlıdır: “Bütün məsələlərə obyektiv, düzgün, şəhər əhalisinə hər hansı bir zərər toxunmadan baxılmasını yoldaşların diqqətinə çatdırmışam. Bildirmişəm ki, əsassız şəkildə şəhər əhalisindən kiminsə tutulmasının əleyhinəyəm. Öz vətəndaşlarımı axıracan qoruyacam. Bu gün şəhərdə mərhumun dəfni oldu. Dəfndən sonra bir qrup gənc şəhər polis idarəsinə qarşı irəliləyib. Onlarla söhbətdən ediləndən sonra qrup dağıdılıb. Şəhərdə hazırda sakitçilikdir”.

Aksiyada saxlanılanlar məsələsinə gəlincə isə, deputat bildirib ki, saxlanılan yoxdur: “Hazırda Polis Şöbəsiylə bu məsələ barədə danışırdım. Sadəcə olaraq aksiyaçıların dağılması barədə onlara müraciət olunub. Dəfndən sonra yaşlılar yas mağarına gediblər. Cavanlardan bir qrup isə küçəylə şöbəyə qədər irəliləmək istəyib. Polislər sakinlərin dağılışmasını xahiş edib. Dinc nümayişə görə kiməsə inzibati cəza tətbiq edilə bilməz. İnsanlar bu hadisədən sonra böyük həyəcan içindədirlər. Mən bu məsələdə Mingəçevir əhalisinin hüquqlarının qorunmasının tərəfdarıyam. Şəhər rəhbərliyinə də bunları bildirirəm. Onlar da mənim fikrimlə razıdırlar. Hərbi birləşmələrin vəzifəsi şəhərdə sabitliyi, eyni zamanda strateji əhəmiyyətli dövlət binalarını qorumaqdır. Söhbət əhaliyə qarşı güc tətbiqindən deyil, strateji obyektlərin qorunmasından və stabilliyin təmin edilməsindən gedir. Çünki ölüm hadisənin araşdırılması ciddi nəzarətdədir. Dinc nümayişin içərisində provakatorlar, hadisələri başqa səmtə yönəltmək istəyənlər ola bilərdi. Ona görə də etirazçıların dağıdılması məsələhət bilindi”.

A. Mirzəzadə mərhumun döyülərək öldürülməsi ilə bağlı yayılanlara da münasibət bildirib. Qeyd edib ki, bu məsələnin hüquq-mühafizə orqanları təərfindən araşdırılmasının tərəfdarıdır: “Çünki istənilən şərh diletant ola bilər. Çünki bu hərtərəfli araşdırma tələb edən bir məsələdir. Burada bütün hallar çox ciddi şəkildə araşdırılır. Bazar ertəsi məsələ ilə bağlı Baş Prokuror Zakir Qaralovla görüşmək, ya da telefonla danışmaq fikrindəyəm”.

Mingəçevirli deputatdan ilk açıqlama- “Şəhərdə tam sakitçilikdir...”

  • 22-08-2015, 14:51
  • 717


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  3. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  4. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  5. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  6. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
  7. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  8. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  9. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  10. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI