Azərbaycanda qadın öz ərini bıçaqladı

Azərbaycanda qadın öz ərini bıçaqladı

O, bu yola özünü ərindən qorumaq məqsədi ilə əl atdığını deyib.


Lənkəranda bıçaqlanma hadisəsi baş verib. 24 yaşlı qadın aralarında yaranan şəxsi mübahisə zəminidə öz ərini bıçaqlayıb. Hadisə ailənin kirayədə qaldığı Lənkəran şəhəri Vidadi 63 küçəsində baş verib.

Lənkəran rayon Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, rayonun Şilavar kənd sakini 1987-ci il təvəllüdlü Elmar Amil oğlu Məmmədov bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxanadan yaralının vəziyyəti ilə əlaqədar Lənkəran rayon Polis İdarəsinə məlumat veriblər.

Xəstəxanada ilkin dindirilməsi zamanı Elmar Məmmədov həyat yoldaşını qorumaq məqsədi ilə hadisənin ehtiyyatsızlıqdan baş verdiyini desə də, arvadı 1991-ci il təvəllüdlü Dilbər Eldəniz qızı Abbaszadə ərini bıçaqladığını etiraf edib.

24 yaşlı qadının sözlərinə görə, həyat yoldaşı ona xəsarət yetirmək istəyərkən özünü qorumaq məqsədi ilə bu yola əl atıb.

Faktla bağlı Lənkəran rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Ailənin 1 azyaşlı övladı var.

Azərbaycanda qadın öz ərini bıçaqladı

  • 22-08-2015, 15:20
  • 859


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Qazaxda düşmən təxribatı davam edir
  8. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  9. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  10. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI