İqbal Ağazadənin namizədliyi qeydə alındı...

İqbal Ağazadənin namizədliyi qeydə alındı...
90 saylı Ağdaş Seçki Dairəsindən təkrar seçkidə namizədliyi Milli Məclisə irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyi qeydə alınıb.Bu barədə Xeberdar.net-ə İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə məlumat verib.

Ə.Ağazadə deyib ki, mayın 14-də İqbal Ağazadənin imza vərəqələri DSK-ya təqdim edilmişdi. Seçki Məcəlləsində namizədliyin qeydə alınması üçün 450 nəfərin imza etməsi nəzərdə tutulurdu. İqbal Ağazadənin namizədliyinin qeydə alınması üçün 90 saylı Ağdaş Seçki dairəsinin hüdudları daxilində 550 nəfər seçici öz imzasını vermişdi. Bu gün DSK 550 imzadan 530-nu etibarlı hesab edərək Partiya sədrinin namizədliyini qeydə alıb.

Xatırladaq ki, İqbal Ağazadənin imzatoplama kampaniyasında Ağdaş Rayon İcra Hakimiyyətinin birinci müavini, YAP-ın Ağdaş şöbəsinin sədri, 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınmış Cavid Osmanovun qanunsuz təşkil etydiyi dəstələr kampaniyaya qanunsuz müdaxilə etmişdi. İmza toplayanlar və səlahiyyətli nümayəndlər təhdid , təzyiq və təqibə məruz qalmışdılar.Mayın 10-dan etibarən isə İqbal Ağazadəyə imza vermiş şəxslərə qarşı təzyiq və təqiblər başlamışdı. Məsələnin dəfələrlə mətbuatda işıqlandırılmasına, bəyanatların verilməsinə,MSK-ya, Baş prokurorluğa və DİN-ə müraciət olunmasına baxmayaraq Cavid Osmanovun təşkil etdiyi bu qeyri-qanuni hərəkətlər səngimək bilmirdi. İmza verənlərdən təzyiq yolu ilə İqbal Ağazadənin əleyhin ərizə alınırdı. İmza verən bəzi vətəndaşlar adından İ. Ağazadənin Seçki Qərargahına teleqramlar da göndərilirdi. Teleqramlarda güya ki, İqbal Ağazadənin imza toplayanlarının onları aldadaraq imza topladıqları göstərilirdi.

Xeberdar.net

İqbal Ağazadənin namizədliyi qeydə alındı...

  • 20-05-2016, 20:31
  • 664


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  3. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  4. İş icazəsi ilə istirahətə gedənlər cərimələndi - VİDEO
  5. Daha bir rayon su böhranı ilə üz-üzə
  6. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  7. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  8. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  9. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  10. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI