Türkiyə Böyük Millət Məclisi millət vəkili toxunulmazlığının ləğvi haqqında Konstitusiya dəyişikliyi təklifini qəbul edib.[

Türkiyə Böyük Millət Məclisi millət vəkili toxunulmazlığının ləğvi haqqında Konstitusiya dəyişikliyi təklifini qəbul edib.
Türkiyə Böyük Millət Məclisi millət vəkili toxunulmazlığının ləğvi haqqında Konstitusiya dəyişikliyi təklifini qəbul edib.[
APA-nın xəbərinə görə, 2 maddəlik dəyişiklik təklifi bu gün parlamentdə səsverməyə çıxarılıb. Keçirilən gizli səsvermə nəticəsində 1-ci maddə 373 səs, 2-ci maddə isə 374 səslə qəbul edilib. Sonra prosedura uyğun olaraq hər iki maddə birlikdə səsverməyə çıxarılıb. Yekun səsvermədə Konstitusiya dəyişikliyinin lehinə 376 millət vəkili səs verib. Konstitusiya dəyişikliyi üçün üçdə iki səs çoxluğu - 367 səs lazım olduğundan, dəyişikliklər referenduma ehtiyac qalmadan qəbul olunmuş sayılıb.
Dəyişikliklər prezidentin imzası və “Rəsmi qəzet”də dərc olunduqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Türkiyədə prokurorluq orqanları tərəfindən 138 millət vəkili haqqında cinayət işi açılıb. Lakin deputat toxunulmazlığı ilə əlaqədar prokurorlar bu işlər üzrə istintaq apara bilmirdi. Bundan sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəmə önünə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq.
Yaxın günlərdə PKK terror təşkilatının siyasi qolu sayılan HDP-nin (Xalqların Demokratiya Partiyası) bəzi millət vəkillərinin istintaqa cəlb olunacaqları gö
zlənilir.

Türkiyə Böyük Millət Məclisi millət vəkili toxunulmazlığının ləğvi haqqında Konstitusiya dəyişikliyi təklifini qəbul edib.[

  • 21-05-2016, 11:13
  • 475


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI