Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək

[b]Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək[/b]
Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.
"Xeberdar.net məlumatına görə, həlledici görüşdə "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda kuboku qazanacağı təqdirdə tarixində ilk dəfə qızıl dubl edəcək. Ölkə çempionatının qalibi olan "Qarabağ" bir mövsümü iki kubokla başa vurmuş olacaq. "Neftçi" isə cari mövsümdə çempionatda nümayiş etdirdiyi qeyri-stabil oyun nəticəsində mükafatçılar sırasına düşməməsini yalnız kubok qazanaraq sığortalaya bilər. Bu isə Vəli Qasımovun "ağ-qaralar"da ilk mükafatı olacaq.
Kubokda 11-ci dəfə yolları kəsişən komandalar əvvəlki 10 dueldə 18 matçda üz-üzə gəlib. 6 dəfə "Qarabağ", 4 dəfə isə "Neftçi" mərhələdə qalib gəlib. Bir dəfə (1993/1994) "Neftçi" Azərbaycan çempionatı və kubokunda mübarizəni yarımçıq dayandırdığı üçün 2 oyundan ibarət olan 1/4 final mərhələsinin bu cütündə qarşılaşmalar baş tutmayıb. Texniki nəticələr qələbə sayında hesablanıb. Ümumi qələbə sayında da üstün olan Ağdam klubu 8, paytaxt təmsilçisi 5 dəfə qələbə qazanıb. Kubokdakı son 3 qarşılaşmada hər iki komanda qol vurub.
Sonuncu dəfə komandalar kubokda ötən mövsümün finalında Qəbələ şəhər stadionunda üz-üzə gəlib. Həmin matç "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan Kuboku, final
20:00. "Qarabağ" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. Tofiq Bəhramov adına Respub
lika stadionu

Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək

  • 25-05-2016, 08:44
  • 569


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  7. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  8. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI