Gəncədə çayın daşması nəticəsində evləri su basıb

 Gəncədə çayın daşması nəticəsində evləri su basıb
Günlərlə bölgədə yağan leysan yağışlar nəticəsində Gəncə çayında suyun səviyyəsi qalxıb və gecə saatlarında çayın sol sahilində yerləşən 10-a yaxın evi su basıb.

"Report" xəbər verir ki, güclü sel suları çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinin həyətlərinə dolub.

Evlərin bəziləri qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən sakinlər evlərini tərk ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırda suyun istiqaməti dəyişdirilib və yaşayış evlərinin həyətlərinə dolan su xüsusi qurğularla təmizlənir.
Xeberdar.net

Gəncədə çayın daşması nəticəsində evləri su basıb

  • 25-05-2016, 09:12
  • 513


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI